Forum haqqında

Əziz dostlar!

“Baku Energy Week”in təşkilatçısı “Iteca Caspian” şirkəti adından Sizə öz dərin hörmət və ehtiramımızı bildiririk.

Biz böyük məmnuniyyət və qürur hissi ilə nəzərinizə çatdırmaq istərdik ki, komandamız “Bakı Enerji Forumu” adlı yeni tədbirin formatı üzərində işə başlayıb. Sözügedən forum ənənəvi “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) konfransının missiyasını daha geniş spektrdə davam etdirəcək. Bu qərar bütövlükdə regiondakı enerji sektorunun monitorinqi və bazarın tələbatını nəzərə alınaraq qəbul edilib.

 Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. 2020-ci il ölkəmiz üçün tarixi il olub, belə ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə parlaq qələbə qazanan müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızı azad edərək geri qaytarmışdır. Gələcəkdə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” ilə təmin olunacaq, bununla da bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları daha da genişlənəcəkdir.

Bu gün Azərbaycan qlobal miqyasda öz sabitliyi ilə seçilən ölkələrdən biridir və biz şübhə etmirik ki, “Bakı Enerji Forumu” da uğurlu olacaq, inkişaf edəcək və Xəzər regionunun enerji bazarının tələbləri ilə ayaqlaşa biləcəkdir.

Ənənəyə sadiq qalaraq beynəlxalq enerji ictimaiyyətinin əsas iştirakçılarını gözəl Bakı şəhərində qarşılamağa hazırlaşan kollektivimiz 2-3 iyun 2022-ci il tarixində şirkət və tərəfdaşlarımızı “Bakı Enerji Forumu”nda iştiraka dəvət edir.

 

Sizinlə mütəmadi şəkildə əlaqə saxlayacağıq.  

Forumda görüşmək ümidi ilə!

Hörmətlə,

Təşkilat komitəsi

Tərəfdaşlar