Rəylər

“Xəzəryanı regionda neft və qaz sahəsi üzrə ən mötəbər tədbir olan Beynəlxalq  Xəzər neft və qaz, neftayırma və neft kimyası  sərgi və konfransı bu il öz uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir. Bünövrəsi 1994-cü ildə qoyularaq Ümummilli liderimiz Heydər Əliyevin yeni neft strategiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edən ənənəvi tədbirimiz Xəzər regionunun və Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm əhəmiyyətə malikdir. Həmin dövrdən etibarən Bakıda ardıcıl keçirilən sərgi və konfransların ölkəmizin müəllifi və bilavasitə iştirakçısı olduğu strateji layihələrin gerçəkləşdirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi və qlobal tərəfdaşlığın qurulmasında xüsusi rolu vardır. İnanıram ki, mötəbər tədbiriniz qarşılıqlı münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olacaq və fəaliyyətinizin gələcək illər üçün aparıcı inkişaf meyllərinin müəyyənləşməsinə töhfəsini verəcəkdir”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

“Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində müstəsna rolu olan “Xəzər Neft və Qaz” sərgi və konfransının ilkin missiyası Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə beynəlxalq şirkətlərin marağının cəlb olunması idisə, hazırda bu tədbir əldə olunmuş nailiyyətlərin, səmərəli, mənfəətli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin nümayiş etdirildiyi platforma səviyyəsinə yüksəlmişdir. Bu illər ərzində miqyas və məzmun etibarilə regional hadisəyə çevrilmiş “Xəzər Neft və Qaz” sərgi və konfransı Azərbaycanı neft sənayesinin mərkəzi kimi dünyaya tanıtmışdır. Müstəqil Azərbaycanın neft-qaz sənayesinin inkişaf salnaməsini yaratmışdır. Builki sərgi və konfrans Xəzərin ölkəmizə aid sektorundakı enerji resurslarının işlənməsinin yeni saziş və layihələrlə növbəti inkişaf mərhələsinin başlandığı vaxta təsadüf edir. İnanıram ki, XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı dünyanın müxtəlif ölkələrini təmsil edən hökumət nümayəndələrinin, neft-qaz şirkətləri və mütəxəssislərinin bir araya gələrək yeni ideya və əməkdaşlıq təkliflərinin müzakirə meydanı olacaqdır. Ölkələrimiz və şirkətlərimiz arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verəcəkdir. Fürsətdən istifadə edərək, bu sərgi və konfransın təşkilatçılarına təşəkkürümü bildirir, 25 ildir bizimlə birgə addımlayan, həmçinin yeni qoşulan iştirakçılarımıza uğurlar arzulayıram”.


Pərviz Şahbazov
Azərbaycan Respublikasının energetika naziri

 

“1994-cü ildə ilk dəfə keçirilən bu sərgi-konfrans vasitəsilə Azərbaycan öz neft potensialını dünyaya təqdim etdi və bəyan etdi ki, o, investisiyalara açıq bir ölkədir. Bu il 25-ci yubileyi qeyd edilən sərgi konfransa maraq heç zaman azalmamışdır. Bunu bu ilki sərgi konfransda iştirak edən şirkətlərin sayı da sübut edir. İlk dəfə 1994- cü ildə keçirilən sərgidə 12 ölkədən 150 şirkət iştirak edirdisə, bu il keçirilən yubiley sərgisində dünyanın 30-a yaxın ölkəsindən 260-a yaxın şirkət təmsil olunur. Azərbaycan ötən müddət ərzində həm etibarlı neft təchizatçısı, həm də zəngin alternativ təbii qaz mənbəyi kimi dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir. Dünya neft sənayesinin əlamətdar hadisələrindən birinə çevrilmiş ənənəvi “Xəzər Neft və Qaz” sərgi-konfransı hər il böyük beynəlxalq rezonansa səbəb olur. Ölkəmizdə enerji resurslarının axtarışı, hasilatı, emalı və dünya bazarına çıxarılması, təchizat marşrutlarının diversifikasiyası, regionda təhlükəsizliyin təminatı məqsədi ilə həyata keçirilən irimiqyaslı layihələr qlobal enerji prosesinin başlıca yenilikləri sırasında əhəmiyyətli yer tutur. Şübhə yoxdur ki, sərgi-konfransda təqdim edilən müasir texnika və texnologiyalar, eləcə də aparılan müzakirələr dünya neft sənayesinin inkişafı istiqamətində yeni perspektivlər açacaq, həyata keçirdiyimiz layihələrin miqyas və əhəmiyyətini daha aydın nümayiş etdirəcəkdir”.


Rövnəq Abdullayev
SOCAR-ın prezidenti

 

“Tədbir çox yaxşı təşkil olunub. Çıxışlar çox maraqlıdır və aktual məlumatlarla doludur. Mən növbəti konfransda da iştirak etmək istərdim. Qeyd etməliyəm ki, gündəlik neft-qaz bazarının aktual tapşırıqları nəzərə alınmaqla formalaşıb. Konfrans iştirakçılarının tərkibini, habelə çıxış edənləri də qeyd etmək vacibdir. Zəngin tərkibi sayəsində burada neft - qaz bazarının ən aktual məsələləri, xüsusən də Xəzər dənizindən dünya bazarına enerji ixracatı müzakirə olunur”.


Stefano Çao
“Saipem” şirkətinin icraçı direktoru

 

“Biz yüksək səviyyəli, çox maraqlı konfransda iştirak edirik! Məruzəçilərin və tədbir nümayəndələrinin səviyyəsi məni mütəəssir edib. “Neft və Qaz” konfransı ümumilikdə bütün sənayeyə təsir edən mühüm qərarlar qəbul edən insanlar ilə görüşlər baxımından vacibdir. Eyni zamanda, forum real perspektivlər açır, bazarın yaratdığı uğurlar və imkanlar vurğulayır. Bundan başqa, biz böyük qlobal şirkətlərin planları barədə etibarlı məlumat almaq imkanı əldə edirik. Məncə, bu, tədbirin bütün iştirakçıları tərəfindən təsdiqlə bilər”.


Mişel Kohen
“CEEMEA SOCIETE GENERALE” şirkətinin icraçı direktoru

 

Beynəlxalq Xəzər Neft və Qaz konfransı möhtəşəm bir tədbirdir!


Con Roberts
Enerji təhlükəsizliyi üzrə mütəxəssis,
Vaşinqton, Atlantik Şurası,
Avropa İqtisadi Komissiyasının Qaz üzrə ekspert qrupunun üzvü

 

“Biz hər il sərgi və konfransı ziyarət edirik. Qeyd edim ki, bu tədbir hər il daha da maraqlı olur.”


Hüseyn Qasımov
“Nobel Upstream” şirkətinin maliyyə direktoru

Tərəfdaşlar