Xəbərlər

Baku Energy Forum - Bakı və Tehran İran vasitəsilə Türkmənistandan Azərbaycana qaz nəqlinin iki dəfə artırılması ilə bağlı razılığa gəlib

Bakı və Tehran İran vasitəsilə Türkmənistandan Azərbaycana qaz nəqlinin iki dəfə artırılması ilə bağlı razılığa gəlib

14.06.2022

Xəbərlər

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci iyunun 3-də Bakıda Anlaşma Memorandumu imzalayıblar. Bu barədə İRNA agentliyi məlumat yayıb.
Memoranduma əsasən, Azərbaycana İran ərazisindən nəql olunan Türkmənistan qazının həcmi iki dəfə artırılacaq.


“Tərəflər İranın boru kəmərləri vasitəsilə Türkmənistandan Azərbaycana nəql olunan qazın həcminin artırılması ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
2021-ci il noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən, Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə 2022-ci ilin yanvar ayında başlanılıb. Əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycana ildə 1,5 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılmışdı. Beləliklə, bu həcm ən azı 3 milyard kubmetrə qədər artırıla bilər.


Öz növbəsində, İqtisadiyyat Nazirliyindən bildirilib ki, Anlaşma Memorandumu qaz sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Qeyd olunub ki, iyunun 3-də baş tutmuş görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıb, bir sıra sahələrdə, o cümlədən neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



 


Tərəfdaşlar