Xəbərlər

Baku Energy Forum - Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

01.11.2022

Xəbərlər

Noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə görüşüb.

Bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb.

Milan Sedlaçek Çex televiziyasının “Xaricdən mənzərələr” proqramının bir hissəsi kimi hazırlanacaq sənədli filmin “Neft Daşları”nda çəkilişləri üçün göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq əlqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub. 

Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Tərəfdaşlar