Əziz dostlar!
Sizi “Bakı Enerji Forum”un təşkilatçısı “Iteca Caspian” şirkəti adından İyunun 5 və 6 – sı baş tutacaq 29-cu Bakı Enerji Forumun növbəti buraxılışında iştiraka dəvət edirik!
“Bakı Enerji Forumu” 2024 – ci ildə ölkənin ən gözəl məkanların birində - Bakı Konqres Mərkəzində keçiriləcək. 2023-cü ildə forumda 800-dən çox nümayəndə iştirak edib. Hal-hazırda forumun 2024-cü il üçün forum proqramı hazırlanır və tam iki gün müddətində beynəlxalq təcrübəyə malik olan global enerji liderləri, expert və mütəxəsislərini bir araya toplayaraq növbəti forumun keçirilməsi planlaşdırılır.
Belə ki, forumda Azərbaycanın xarici tərəfdaşlar ilə sıx əməkdaşlıq, mövcut olan və yeni investorlar ilə ərsəyə gələn və perspektiv olan layıhələrin müzakirələri, ekspertlərin proqnozları, Azərbaycanda enerji resursların inkişafı, yeni yol xəritələrini, neft və qaz hasilatı üçün yeni imkanlar və digər aktual mövzular ətrafında geniş müzakirələr aparılacaq və bununla forumda səmərəli işgüzar əlaqələrin qurulmasına səbəb olacaq. Foruma yeni şirkətlərin qatılması bir daha tədbirin əhəmiyyətini sübut edir.
Biz əminik ki, forumda iştirak edəcək şirkət rəhbərləri, əlaqəli nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ekspertlər tədbirin əhəmiyyətini daha da artıracaq və enerji sektorunda tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəklər.
Fürsətdən istifadə edərək, tədbirə göstərdikləri davamlı dəstək və mühüm töhfəyə görə Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR şirkətinə öz minnətdarlığımızı bildiririk.
Bir daha hər kəsi Bakı Enerji Forumunda iştiraka dəvət edirik və işlərinizdə uğurlar arzulayırıq.
Bizimlə birgə olduğunuza görə sizə təşəkkür edirik!
Ən xoş arzularla,
“Bakı Enerji Forumu”
Təşkilat Komitəsi adından