Forumda dünyanın ən yaxşı mütəxəssisləri iştirak edir

Forumda dünyanın ən yaxşı mütəxəssisləri iştirak edir

2 İyun 2023 0000

Conni Loqan (Jonny Logan) - Şotlandiyanın "Global Maritime Consultancy Ltd" şirkətinin nümayəndəsi:

Mən ilk dəfədir ki, Bakı Enerji Forumunda iştirak edirəm və mənə elə gəlir ki, bu tədbir real maraq doğurur, çünki onun işində öz sahəsində fantastik mütəxəssislər mühüm çıxışlarla iştirak edirlər.

Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm və enerji sektorunda, xüsusilə ölkənin bərpa olunan enerji mənbələri, infrastruktur layihələrinin inkişafı ilə bağlı sürətli irəliləyiş görürəm.

Şirkətimiz Bakıda neft-qaz sektorunda xidmətlərin göstərilməsi məsələsi ilə bağlı bir çox danışıqlar aparır.

Dənizdə külək elektrik stansiyalarının yaradılması prosesi də bizim üçün maraqlıdır, biz müvafiq köməklik göstərə bilərik.

Yanacaq-enerji kompleksi həyatın digər vacib sahələrini inkişaf etdirməyə imkan verməklə iqtisadiyyatın hərəkətverici qüvvəsidir.


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN