“Neft və qaz “yaşıl” və “mavi” enerji ilə birlikdə irəliləməlidir”

“Neft və qaz “yaşıl” və “mavi” enerji ilə birlikdə irəliləməlidir”

7 i̇yun 2024 0000

Bu Forum Azərbaycanda qərar qəbul edən bəzi şəxslərlə görüşmək imkanı verir. Başqalarının fikirlərini eşitmək də maraqlıdır, ona görə də biz burada dinləyə, öyrənə və məlumatları şirkətə çatdıra bilərik.

İlk növbədə, mənim çıxışımın mövzusu yeni texnologiyalar və süni intellektlə bağlıdır. Buna görə də çatdırmaq istədiyim əsas fikir bundan ibarətdir ki, operatorlar və subtəchizatçı olaraq biz bir araya gəlməli və bu məlumatların azad edilməsini həyata keçirməliyik. Çünki bu gün həm məlumatların azad edilməsi və tənzimlənməsi, habelə səlahiyyətli orqanlar ilə bağlı bir çox maneələr mövcudur, həm də operatorlar yalnız bizə deyil, başqalarına da fayda verə biləcək qiymətli məlumatlara malikdir.

Çox böyük texnologiya və məhsul tədarükçüsü olan ABB-nin təmsilçisi olaraq hesab edirəm ki, burada texnokratlardan daha çox iş adamı iştirak edir, lakin mən bunu onlar da başa düşsünlər deyə aydınlaşdıracağam.

Bu tədbirdə müzakirə olunan əsas mövzulara gəlincə, hesab edirəm ki, burada Azərbaycanın və digər ölkələrin enerji keçidinin baş tutması üçün etməli olduqları ilə bağlı vacib ismarışlar aldıq. Bu gün həm siyasət, həm də biznes aspektindən çoxlu yaxşı təkliflər aldıq.

Ümid edirik ki, bu və digər oxşar konfranslar bu enerji keçidinin və onun hələ görmədiyimiz sürətlə baş vermə zəruriliyini əyani nümayiş etdirəcək. Düşünürəm ki, bu konfransda biz Azərbaycanın və regionda fəaliyyət göstərən enerji şirkətlərinin qısamüddətli planları haqqında daha ətraflı məlumat əldə edə biləcəyik. Bu, təchizatçı olaraq bizim üçün çox yaxşıdır, çünki bizə qısamüddətli perspektivdə mövqeyimizi planlaşdırmağa imkan verir. Beləliklə, bu tədbir, şübhəsiz ki, həm mənim, həm də təmsil etdiyim şirkət üçün faydalıdır. Lakin başqa bir sual meydana gəlir: bunun yerli və ya qlobal təsiri olacaqmı? Qlobal dəyişikliyə nail olmaq üçün hesab edirəm ki, bu Forum digər oxşar forumlarla birləşməli və eyni ismarışı çatdırmalıdır, eyni zamanda, buradakı məruzəçilərin səviyyəsini gördükdən sonra ümid edirəm ki, bu, həm Azərbaycana lokal təsir göstərəcək, həm də regiona təkcə enerji keçidi deyil, həm də uğurlu biznes gətirəcək. Qarşıdakı 30 il ərzində neft və qaz günəş və külək, hidrogen və karbon tutma ilə birlikdə irəliləməlidir və biz onların problemsiz idarə olunmasını təmin edən sistemlər yaratmalıyıq. Bu, təkcə “yaşıl enerji” ilə bağlı deyil, çünki bu, nə Azərbaycan, nə də başqa ölkələr üçün kifayət etməyəcək. Bizim enerji qarışığına ehtiyacımız var, lakin bu da şəbəkənin idarə olunması, Azərbaycanda küləyin və ya günəşin olması kimi müəyyən çətinliklərlə müşayiət olunur. Mən burada olduğum müddətdə bulud görməmişəm, lakin bir məsələ də var ki, bu yeni enerji mənbələri daim enerji istehsal etmir. Ona görə də biz ənənəvi enerji mənbələrini birləşdirməyin yollarını, həmçinin enerji saxlamaq üçün yaxşı imkanlar tapmalıyıq. Əgər biz günəş, külək və digər “yaşıl enerji”lərə - onları “mavi enerji” - “mavi hidrogen” də adlandıra bilərik - sahib olduğumuz nöqtəyə çatırıqsa, bu enerjini saxlamaq imkanlarına da malik olmalıyıq. Məsələn, hidrogeni ammonyaka çevirmək alternativ variantlardan biri ola bilər, çünki gəmilər ammonyak yanacağı ilə işləyir, lakin əlbəttə ki, batareya texnologiyalarının inkişaf etdirilməsinə ehtiyac var. Gələcəkdə enerjini səmərəli şəkildə saxlamağa imkan verəcək başqa texnologiyalar da yaradıla bilər.

Hans-Byarne Klaussen

Enerji sənayesi üçün rəqəmsal rəhbər, Böyük Britaniya

ABB


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN