Avropa bazarı ilə tərəfdaşlıq dərinləşir!

Avropa bazarı ilə tərəfdaşlıq dərinləşir!

2 i̇yun 2017 0000

Georgi Vaşakmadze, Gürcüstanın Baş nazir müşaviri

– Mən şadam ki, konfrans öz işini davam etdirir və bu tədbirin Azərbaycanın və ümumilikdə, regionun inkişafındakı müstəsna müsbət rolunu qeyd etməliyəm. Gürcüstanda da analoji tədbir keçirilib və mən ümidvaram ki yaxın gələcəkdə bu tədbir keçiriləcək.

Biz aktual layihələrin, o cümlədən Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropadan keçən Transxəzər qaz boru kəmərinin potensial aktuallığını müşahidə edirik. Konfransın ilk günündə mənim çıxışım bu Türkmənistan qazının Cənubi Qafqaz boru kəməri vasitəsi ilə Avropaya çatdırılmasına xidmət edən layihənin reallaşdırılmasına həsr olunub.

Digər nümayəndələrin çıxışları və konfransın mövzuları bizdə əminlik yaratdı ki, “Şahdəniz-2” layihəsi plana uyğun reallaşdırılır və Azərbaycan qazı gecikmə olmadan istehlakçıya çatdırılacaq. Azərbaycanın böyük potensialı var və bu potensialı inkişaf etdirmək lazımdır, habelə ölkə regionda əməkdaşlığın inkişaf etdirilməsinə maraq göstərir. Ən əsası isə Avropa bazarı ilə tərəfdaşlıq daha da dərinləşir və Avropada Xəzər qazına olan maraq səngimir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN