Forum haqqında

Əziz dostlar!

“Bakı Enerji Forumu”nun təşkilatçısı “Iteca Caspian” şirkəti adından forumun 31-ci buraxılışında iştirak edən hər kəsə səmimi təşəkkürümüzü bildirir və sizi 2027-ci il 2–3 iyun tarixlərində Bakıda keçiriləcək 32-ci Bakı Enerji Forumunda iştiraka dəvət edirik!

Bakı Enerji Həftəsinin konseptual vektorunu Bakı Enerji Həftəsinin açılış nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdi. Prezident öz çıxışında ölkənin milli inkişaf modelində enerji strategiyasının fundamental rolunu vurğuladı. ““Şahdəniz” qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir,” — deyə dövlət başçısı forumun açılış mərasimində bəyan etdi.

2026-cı il forumunun konsepsiyası energetika sektorunun bütün əsas seqmentlərini — neft və qaz, hidrogen ehtiyatlarının hasilatı, onların nəqli və ixracını, eləcə də yaşıl enerji, enerjinin saxlanması və paylanması texnologiyalarını əhatə edib.

Bu il forum dünyanın müxtəlif ölkələrindən bp, TotalEnergies, XRG, Masdar, ExxonMobil, Gran Tierra Energy, SLB, Acwa, MOL Group və digər beynəlxalq enerji nəhənglərinin nümayəndələri də daxil olmaqla 900-dən çox nümayəndəni bir araya topladı.

Fürsətdən istifadə edərək, tədbirə göstərdikləri davamlı dəstək və mühüm töhfələrə görə Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR şirkətinə dərin minnətdarlığımızı bildiririk.

Sizi 2027-ci il keçiriləcək növbəti Bakı Enerji Forumunun iştirakçısı olmağa dəvət edirik və işlərinizdə uğurlar arzulayırıq.

Bizimlə birgə olduğunuz üçün təşəkkür edirik!

Ən xoş arzularla,
“Bakı Enerji Forumu”
Təşkilat Komitəsi adından

Sponsorlar

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN