Forumun gündəliyindən olduqca məmnunuq!
2 i̇yun 2026
0000
Qordon Birrell, bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti
Baku Energy Week-in yüksək səviyyədə təşkil olunmasını və uğurla keçirilməsini alqışlayıram! Sərginin ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji siyasətinə dair baxışlarını bölüşdü, həmçinin Azərbaycanın tərəfdaşları ilə imzaladığı beynəlxalq razılaşmalar barədə ətraflı məlumat verdi. Rəmzi məqam ondan ibarətdir ki, məhz həmin gün “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk təbii qazın (NAG) hasilatına başlanıldı. Bu yataqlar kompleksi qlobal enerji sənayesi üçün xüsusi əhəmiyyət daşıyır.
Əlamətdar hadisələrdən biri də 1–2 iyun tarixlərində Bakı Enerji Forumu çərçivəsində müxtəlif layihələr üzrə mühüm müzakirələrin aparılması oldu. Yüksək səviyyədə təşkil olunan panel sessiyalarında aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı, məhsuldar dialoqlar quruldu və peşəkar təcrübələr bölüşüldü. Forumun proqramından son dərəcə razı qaldıq, çünki gündəlik Azərbaycanda, regionda və onun hüdudlarından kənarda enerji sektorunu əhatə edən bütün əsas mövzuları geniş şəkildə işıqlandırırdı.