Rəylər

Xəzər hövzəsində yaranan bu geniş əməkdaşlıq imkanları bir daha təsdiq edir ki, Bakı Enerji Həftəsi uzunmüddətli perspektivdə də ortaq təşəbbüslərin müzakirə olunduğu və yeni tərəfdaşlıqların qurulduğu mühüm platforma olaraq qalacaqdır.
İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin davamlı inkişafına və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmininə bundan sonra da mühüm töhfə verəcək, Bakı Enerji Həftəsi isə dayanıqlı enerji gələcəyinin qurulmasında etibarlı dialoq məkanı kimi rolunu davam etdirəcəkdir.
İnanıram ki, 30 ildən artıq qlobal sənaye liderlərini və tərəfdaşları bir araya gətirən Bakı Enerji Həftəsi çərçivəsində aparılacaq müzakirələr və qurulacaq yeni əməkdaşlıq əlaqələri ədalətli enerji keçidi təşəbbüsünə mühüm töhfə olmaqla yanaşı, innovativ yanaşmaların tətbiqinə təkan verəcək və birgə səylərimizi daha da gücləndirəcək. 
Beynəlxalq miqyaslı tədbirlər bizim üçün çox vacibdir və Baku Energy Week də məhz belə bir tədbirdir. Biz SOCAR-a və təşkilatçılara Bakıya dəvət üçün minnətdarıq. Burada biz peşəkar həmkarlarımızla görüşür və sənayedə baş verən ən vacib prosesləri müzakirə edirik. Forum həm yerli, həm də beynəlxalq məsələlərin həllinə kömək edir. Şirkətimiz Xəzər regionundan neftin nəqli və logistika məsələlərinin xüsusiyyətləri ilə maraqlanır və burada bu mövzular müzakirə olunur.
Uzun illərdir ki, bu forum enerji sektoru üçün vacib olan məsələləri gündəmə gətirir. Bunlar təkcə Xəzər regionu üçün deyil, həm də Avropa və daha geniş beynəlxalq enerji birliyi üçün mühüm məsələlərdir. Bakının uzun və möhtəşəm enerji tarixi var. Bununla yanaşı, Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır.
 
Qazaxıstan Xəzəryanı regionda Azərbaycanın ən yaxın qonşusudur və Baku Energy Week-də iştirakımızın əhəmiyyəti də məhz bununla izah olunur. Biz Azərbaycanın enerji layihələrini dəstəkləyirik. Qeyd etmək lazımdır ki, Qazaxıstanın bəzi ixrac marşrutları Azərbaycan ərazisindən keçir. Qazaxıstan bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
 
Mən ilk dəfədir ki, Baku Energy Week-də iştirak edirəm və tədbirin yüksək səviyyədə təşkilindən olduqca təsirlənmişəm. Bakı Enerji Forumunda müzakirə olunan mühüm mövzular arasında enerji təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət daşıyır. Təbii ki, ümid edirik bu müzakirələr nəticəsində formalaşdırılan həllər mövcud vəziyyətin sabitləşməsinə və risklərin azaldılmasına töhfə verəcək.
Baku Energy Week-də iştirakın faydası danılmazdır. Bakı Enerji Forumu Azərbaycan və Gürcüstanın mühüm tranzit qovşaqları kimi fəaliyyətlərini əlaqələndirdiyi və enerji müstəqilliyini gücləndirmək istiqamətində əməkdaşlıq etdiyi strateji platformadır.
Baku Energy Week Azərbaycanın paytaxtında Avropa, Asiya və Afrikadan olan ekspertləri biraraya gətirib. Hamımız Bakıda eyni masa arxasında toplaşaraq mürəkkəb dövrdə bir-birimizi necə dəstəkləyə biləcəyimizi müzakirə edirik. Hesab edirəm ki, Bakı Enerji Forumu vaxtında təşkil olunub və böyük potensiala malikdir. Burada çox maraqlı müzakirələr və ekspertlərlə açıq dialoqlar aparılır.
Mən ilk dəfədir ki, Bakı Enerji Forumunda iştirak edirəm və hesab edirəm ki, tədbir ən yüksək səviyyədə təşkil olunub. Forum beynəlxalq əməkdaşlığın inkişafı və enerji resurslarının şaxələndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün çox əlverişli platformadır. Forumun gündəliyində yer alan bütün mövzular son dərəcə aktual idi.

Sponsorlar

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN