Azərbaycan Avropaya qaz tədarükünü artırır

Azərbaycan Avropaya qaz tədarükünü artırır

2 i̇yun 2026 0000
Damyan Krneviç Mişkoviç, Beynəlxalq Qaz İttifaqının Baş katibinin aparat rəhbəri

Bakıda keçirilən enerji tədbirlərində – istər moderator, istərsə də məruzəçi qismində iştirak etdiyim hər səfərimdə enerji forumlarının və neft-qaz sərgilərinin yüksək səviyyədə hazırlanmasını və peşəkar şəkildə təşkil olunmasını xüsusi vurğulayıram. Bu təşkilati uğur cari ildə də özünü aydın şəkildə göstərir. Xüsusilə, Bakı Enerji Forumunda müzakirələrə qatılan iştirakçıların və qonaqların yüksək səviyyəli tərkibi bunu bir daha təsdiqləyir.

Cari tədbir neft-qaz sənayesi üçün ən mühüm platformalardan biridir. Hesab edirəm ki, qlobal miqyasda meydana çıxan yeni çağırışlar fonunda qazın nəqli, o cümlədən Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Dünya ictimaiyyəti əmindir ki, təbii qaz uzun illər ərzində enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalacaq. Məhz buna görə də mavi yanacaq istehsalçılarına diqqət getdikcə artır.

Müşahidə edirik ki, Azərbaycan 2022-ci ilin yayında Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq Avropaya qaz ixracını mərhələli şəkildə genişləndirir. Bu istiqamətdə həyata keçirilən fəaliyyət həm Avropa İttifaqı, həm Azərbaycan, həm də qlobal qaz sənayesinin gələcək inkişafı baxımından müsbət və səmərəli nəticələr verir.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN