Strateji və uzunmüddətli tərəfdaşlığa can atırıq
2 i̇yun 2026
0000
Ulf Haytmüller, Almaniyanın VNG AG şirkətinin İdarə Heyətinin sədri
Baku Energy Week kimi tədbirlərin keçirilməsini zəruri və olduqca vacib hesab edirəm, çünki onlar beynəlxalq əhəmiyyət daşıyır. Şəxsən mən Bakı Enerji Forumunda iştirak etməkdən məmnun oldum. Forum yeni əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində yeni razılaşmaların əldə olunması üçün əlverişli platforma yaratdı.
Bu gün Azərbaycan regionun və bir sıra Avropa ölkələrinin qaz bazarlarının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəniz öz öhdəliklərinə sadiq qalan, etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib. Biz SOCAR ilə işgüzar əlaqələr qurmuşuq və bu əməkdaşlığı strateji, uzunmüddətli tərəfdaşlıq səviyyəsinə yüksəltməyi hədəfləyirik.