Azərbaycan bazarının inkişaf perspektivləri

Azərbaycan bazarının inkişaf perspektivləri

1 i̇yun 2017 0000

Dmitriy Kaştanov, “SKF” şirkətinin Rusiya və MDB ölkələrində layihələr və satış üzrə direktoru

– Bizim şirkət Fransada yerləşir, yüksək sürətli elektrik mühərrikləri, kompressorlar, turbo-detanderlər kimi turbo-maşınlarda istifadə edilən aktiv maqnit diyircəkli yastıqcaların istehsalı sahəsində ixtisaslaşıb. Mən Azərbaycana ilk dəfə gəlirəm və bura iki məqsədlə gəlmişəm: ilk növbədə, bizim avadanlıqların son istifadəçilərini tanımaq və onların Azərbaycana göndərilmiş məhsullarımızdan razılıq səviyyəsini öyrənmək. 2009-cu ildən etibarən burada “Şahdəniz” layihəsində bizim sistemlərlə işləyən iki elektrik mühərriki istismara verilib.

İkinci məqsəd isə Azərbaycan bazarında inkişaf perspektivlərini, yeni layihələri öyrənməkdir. Konfransın təşkilatçılıq səviyyəsi və görüşlərin fəallığına əsasən, mən sərginin də müsbət keçdiyini deyə bilərəm. Bu iki gün faydalı olub və mən qarşıya qoyulmuş məqsədlərin bir hissəsinə nail olmuşam, bu gün isə gələcək layihələr barədə daha çox məlumat toplamaq niyyətindəyəm. Konfransda toxunulan məsələlərə gəldikdə isə məni daha konkret məsələlər maraqlandırır. Mən iki məruzəni - “BP” və “TOTAL” şirkətlərinin məruzələrini dinlədim. Çıxış edənlər artıq reallaşdırılmış layihələrlə yanaşı, perspektivlər barədə də məlumat verdilər. Cari işlər yaxşıdır, lakin öz biznesini planlaşdırmaq və onu inkişaf etdirmək üçün perspektivlər barədə də danışmaq çox vacibdir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN