Daruş Vitek, “Covia Europe APS” şirkətinin Şərqi Avropa və Qafqazda satış üzrə meneceri
- Bu mənim ölkənizə ilk səfərimdir və qeyd etmək istəyirəm ki, Azərbaycan belə konfrans keçirmək üçün əla yerdir. Konfransın özünə gəldikdə isə nümayəndə və qonaqlar üçün “B2B” görüşlərin keçirilmə formatının genişləndirilməsini təklif edərdim. Belə görüşləri ayrıca keçirmək də olardı, çünki “Caspian Oil & Gas” konfransını ilk dəfə ziyarət edən insanlar üçün konfrans çərçivəsində üzbəüz ünsiyyət qurmaq (iclasların sıx qrafikini nəzərə alsaq) çətindir. Həmçinin bəzi şirkətlərə konfransda öz stendlərini yerləşdirmək imkanının verilməsi əla olardı. Bu, iştirakçılar arasında ünsiyyət qurma tapşırığını bir qədər də asanlaşdırar.
Mən özüm texniki mühəndisəm və bir sıra çıxışların mövzusu mənim ixtisasımla bağlı deyil, lakin ümumiyyətlə güman edirəm ki, konfransın gedişində qaldırılmış məsələlər nümayəndələrin əksəriyyəti üçün böyük marağa səbəb olub.