Stefan Unterseh (Stephan Unterseh), “TOTAL” şirkətinin Geologiya / Geofizika üzrə mühəndis-layihə departamenti
– Ənənəvi “Caspian Oil and Gas” konfransı aktual və sayılıb-seçilən tədbirdir. Bu gün regionda enerji təchizatı üzrə yeni istiqamət və məsələlərin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, maraqlı tərəflər arasında faydalı görüşlərin keçirilməsi və dialoqların qurulması da olduqca əhəmiyyətlidir. Zənnimcə, enerji resurslarının daşınmasına dair bütün məsələləri kompleks şəkildə təhlil etmək lazımdır.
Konfransda çıxış edən Avropa Birliyinə üzv ölkələrin təmsilçiləri enerji resurslarını diversifikasiya etmək niyyətindədirlər. “Şahdəniz 2” layihəsinin, daha doğrusu yatağın genişmiqyaslı işlənməsi üzrə layihənin ikinci fazasını nəzərə alsaq, Azərbaycanın resursları bu mənada çox vacibdir. Şübhəsiz ki, “Şahdəniz 2” layihəsi bir sıra ölkələrin maraq göstərdiyi kifayət qədər böyük layihədir. Bu yataq hələ uzun illər hasil ediləcək irihəcmli neft və qaz resurslarının perspektiv mənbəyidir.