“Caspian Oil&Gas 2016” sərgi və konfransı - 23 illik uğur və gələcəyə baxiş

“Caspian Oil&Gas 2016” sərgi və konfransı - 23 illik uğur və gələcəyə baxiş

31 may 2016 0000

2-3 iyun tarixində “JW Marriott Absheron Baku” otelində keçiriləcək “Caspian Oil&Gas” beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Bu il konfransda aşağıdakı əsas mövzular müzakirəyə çıxarılacaq: “Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu”, Şah Dəniz – 20 illik uğur və gələcəyə baxiş”, “İri  neft-qaz layihələrinin  maliyyələşdirilməsi  və həyata  keçirilməsi”, “Azərbaycanın  enerji  ehtiyatları  bazasının genişləndirilməsi”, “Neft-qaz  layihələri  üçün  mütəxəssislərin  hazırlanması, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi”, “Azərbaycanda  neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf  perspektivləri”.

Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndə iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən 40 nəfərdən çox natiq, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış edəcəklər. “Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu” mövzusuna həsr olunan plenar iclasda Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev iştirak edəcək. Həmçinin, konfransda Rövnəq Abdullayev, SOCAR-ın Prezidenti, Qordon Birel, Reqional prezident, BP Azərbaycan – Gürcüstan – Türkiyə, Marko Alvera, Baş icraçı direktor, Snam, Djeremi Hak, Baş icraçı direktor, Nobel Upstream və digər öz məruzələri ilə çıxış edəcəklər.

Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. 6-cı iclas çərçivəsində mütəxəssislər kadr siyasəti və sosial məsuliyyət, istedad axtarışı sistemlərinin inkişafı, əməkdaşların daha səmərəli fəaliyyətinə kömək edən təlim proqramları və digər texnologiyalar barədə bazar iştirakçılarının öhdəliklərini, eləcə də səmərə qiymətləndirmə sistemlərinin qurulmasını, kadr ehtiyatının yaradılmasını və bir sıra digər mövzuları müzakirə edəcəklər. İclasın sədri qismində SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə Vitse-prezidenti Xaliq Məmmədov çıxış edir. Həmçinin, məruzəçilər arasında “BP”, “SAP” və “Petronas” şirkətlərinin, Bakı Ali Neft Məktəbinin nümayəndələri var.

Bu il konfrans sponsorlarının tərkibi də xeyli genişdir. Belə ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Tədbirin qızıl sponsorları “BP”, “General Electrics” və “Snam” şirkətləri, gümüş sponsorlar “Inpex” və “McDermott” şirkətləri, bürünc sponsorları isə “Caspian Geophysical”, “Dentons”, “Nobel Upstream”, “SAP”, “Schlumberger”, “Statoil”, “Total” və “GMA Petroleum” şirkətləridir.

“Caspian Oil&Gas” sərgi və konfransının ən son xəbərləri operativ surətdə www.cog.azwww.bakuenergyforum.az rəsmi veb-saytlarında yerləşdiriləcəkdir. Sərgi və konfransla əlaqədar bir sıra dərgi nəşr olunacaq və onların arasında sərgi iştirakçılarının ətraflı təsvirini və onların əlaqə məlumatlarını ehtiva edən rəsmi sərgi kataloqu ilə yanaşı, məruzəçilərin tərcümeyi-hallarını və iştirakçıların fəaliyyət istiqamətlərini təsvir edən konfrans materialları da var. Həmçinin, bu il “Caspian Oil and Gas” rəsmi qəzetinin üç nömrəsi işıq üzü görəcək və bu dəfə də iştirakçı və ziyarətçiləri maraqlı reportajlarla sevindirəcəkdir. “Daily News: Caspian Oil&Gas 2016” qəzetinin sponsoru “Azeri M-I Drilling Fluids” şirkətidir.

Beləliklə, sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir.

TƏRƏFDAŞLAR/ TƏŞKİLATÇILAR

Konfrans və Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), ITE (Moskva), ITE (Çin), “ITE Gulf” (Dubay), ITE Polşa və ITE (Malayziya) şirkətləri cəlb olunublar. Artıq 11 ildir ki, “Caspian Oil&Gas” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) fərqlənmə nişanına layiq görülür. “UFI tərəfindən təqdir olunur” nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir. 2016-cı ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Sheraton hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN