Saliha Dündar
Ölkə üzrə menecer, “TPAO”, “TPOC” və “TPBTC” şirkətlərinin Azərbaycandakı nümayəndəliyi
Biz 1995-ci ildən bəri artıq 22 ildir ki, “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) sərgi və konfransında iştirak edirik. “Əsrin müqaviləsi”ni imzalamış şirkətlərdən biri olan “Turkish Petroleum” (“TP”) şirkəti 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. “TP” şirkəti “AÇG”, “Şahdəniz”, “BTC” və “CQBK” layihələri, habelə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi üzrə layihənin 2-ci mərhələsi (“Şahdəniz-2”), Cənubi Qaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi (CQBKG), eləcə də digər beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə “ATA” ərazi layihələrində platformaların dayaq bloku və üst modullarının tikintisində pay sahibidir. “TP” şirkəti “Şahdəniz” və “CQBK” çərçivəsində təbii qazın hasilatı və daşınması layihələrində ikinci ən böyük pay sahibidir və ARDNŞ, tərəfdaşlar, layihə operatorları və Azərbaycanın rəsmi orqanları ilə yaxşı münasibətlərə malikdir. Şirkətlərimizin “Caspian Oil & Gas 2016” sərgisində iştirak etməkdə məqsədi “TP” şirkətinin neft-qaz yataqları üzrə kəşfiyyat və hasilat layihələrində iştirak etmək və dünyanın istənilən yerində beynəlxalq şirkətlərlə əməkdaşlığa hazır olduğumuzu nümayiş etdirmək istəyi ilə bağlıdır. Türkiyə Azərbaycanla yaxşı tarixi, mədəni, iqtisadi və ticarət əlaqələrinə malikdir. Bu böyük tədbir Xəzərin neft və təbii qaz resursları ilə əlaqədardır və “TP” şirkəti Azərbaycanda bu sektorun ən böyük investorlarından biridir. Beləliklə, mən hesab edirəm ki, şirkətin bu tədbirdə iştirak etməsi zəruridir.
Ötən 22 il ərzində “Caspian Oil and Gas” sərgi və konfransı prezidentlər, baş nazirlər, nazirlər və baş direktorları, habelə aparıcı icraçılar və minlərlə nümayəndəni bir araya toplayan platformaya çevrilib. Biz digər şirkətlərlə uğurlu tərəfdaşlıqlar və səmərəli əməkdaşlıq əlaqələrinin qurulması baxımında bu tədbirə böyük əhəmiyyət veririk. “TP” şirkəti karbohidrogenlərlə zəngin olan bir sıra ölkələrdə yeni fəaliyyət imkanları axtarır və “Caspian Oil and Gas” sərgi və konfransı bu mənada bizə irəliyə getmək və şirkətin biznes üfüqlərini genişləndirməkdə kömək edir və önümüzdə yeni imkanlar açır.
Bu sərgi ölkələrimiz arasında dostluq və əməkdaşlığı gücləndirmək üçün yaxşı fürsətdir və mən bir daha vurğulayıram ki, biz bu tədbirdə yenidən iştirak etmək niyyətindəyik.