2015-ci ildə 66 obyekt üzrə müxtəlif növ faydalı qazıntı yataqlarının geoloji-kəşfiyyat işləri aparılıb.
APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, axtarış və axtarış dəyərləndirmə işləri nəticəsində qara, əlvan və nəcib metallar üzrə perspektivli sahələr və zonalar aşkarlanıb: “Qeyri-filizlərin axtarışı və qiymətləndirilməsi nəticəsində Abşeron, Quba, Astara rayonlarında xammal ehtiyatları C2 kateqoriyası ilə qiymətləndirilib”.