Xose Pedro Sebastyan, “Tecnicas Reunidas International” şirkətinin Baş katibi
– Mən artıq “Caspian Oil & Gas” konfransında dəfələrlə iştirak etmişəm. Bu forum daim müxtəlif ölkələri təmsil edən aparıcı şirkətləri bir araya toplayır və ildən-ilə daha çox diqqət cəlb edir. Zənnimcə, bu il maraqlı olan məsələlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya siyasəti ilə bağlıdır. Bundan başqa, Avropa bazarının enerji resursları ilə təchizatı məsələsi də diqqətəlayiqdir. Sifarişçiləri daha çox Avropa bazarının “mavi yanacaq”la təchizatının zəmanət, variant və imkanları maraqlandırır.
Konfransın ilk iş günü çərçivəsində Türkiyədə ispan şirkətinin də iştirak etdiyi və neft emalı kompleksinin tikintisini ehtiva edən yeni layihə barədə məlumat almaq maraqlı oldu. ARDNŞ-ın Azərbaycanda 2018-ci ildə istismara verəcəyi yeni neft-kimya kompleksinin tikintisi üzrə layihəsi də cəlbedicidir. Biz bu nailiyyətlərə görə çox sevinirik və tədbirin inkişafını yaxından izləyirik.