Konfransın prioritetləri

Konfransın prioritetləri

4 i̇yun 2015 0000

Rasim Əsgərov, “Global Maritime” şirkətinin Azərbaycan üzrə regional meneceri

– Ənənəvi “Caspian Oil and Gas” konfransı sənayenin əsas aktual məsələlərinin müzakirəsi baxımından son dərəcə əhəmiyyətlidir. Tədbirin iştirakçıları konfransda müxtəlif şirkətlərin inkişafı və ən son nailiyyətləri barədə məlumat əldə etmək imkanı qazandılar. Biz burada bir sıra aktual məsələlər barədə digər sənaye sahələri və şirkətləri təmsil edən həmkarlarımızla təcrübə və fikir mübadiləsi apara bildik. Konfrans bizə bir sıra məsələlər barədə öz bilik və fikirlərinizi səsləndirmək, onları həmkarlarımıza çatdırmaq üçün ən yaxşı vasitələri təmin edir.

Zənnimcə, bu gün ən prioritet və maraqlı məsələ Azərbaycan hökumətinin ölkədə neft-qaz sənayesinin inkişaf etdirilməsi istiqamətindəki mövqeyi və planlarıdır. Düşünürəm ki, bu, konfransda iştirak edən hər kəsi maraqlandıran çox mühüm məsələdir.

Mən bütün konfrans iştirakçılarına tez-tez görüşməyi, habelə məlumat və fikir mübadiləsi aparmağı, eləcə də bir-biriləri ilə əməkdaşlıq etməyi arzulayıram. Ənənəvi “Caspian Oil and Gas” konfransına daha böyük inkişaf diləyirəm.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN