“Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin nümayəndəliyi qeydiyyata alınıb

“Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin nümayəndəliyi qeydiyyata alınıb

5 yanvar 2022 0000

Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti “Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin yerli nümayəndəliyini dövlət qeydiyyatına alıb.

“Rəsmi nümayəndə Elnur Qurbanovdur”, – “İnterfaks-Azərbaycan”a Xidmətdən məlumat verilib.

Nümayəndəlik 29 noyabr 2021-ci ildə qeydiyyatdan keçib.

Xəbər verildiyi kimi, “Lukoil” 2021-ci il sentyabrın 28-də BP şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Shallow Water Absheron Peninsula (SWAP, dayazsulu Abşeron) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni əldə etməsi haqqında saziş imzalayıb. Sövdələşmə bitdikdən sonra BP 25% payla layihənin operatoru olaraq qalacaq. Layihənin üçüncü iştirakçısı 50% payla SOCAR şirkətidir.

Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında imzalanıb.

2016-cı ildə müqavilə sahəsində 3D seysmik tədqiqat proqramı həyata keçirilib. Müqavilə sahəsindən əldə edilmiş 3D məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə BP tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib.

Ümumilikdə, layihə çərçivəsində üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır. 2021-ci ilin avqust ayında Şimal Xali perspektiv sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. 2021-ci ilin noyabr ayının sonunadək ikinci quyuda, 2022-ci ildə isə üçüncü quyuda qazma işlərinə başlanılması planlaşdırılır.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN