Bəxtiyar Aslanbəyli, Xarici əlaqələr və strateji məsələlər üzrə Vitse-prezident, BP Azərbaycan, Gürcüstan, Türkiyə
– Bizim şirkət 25 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərir və “Caspian Oil & Gas” konfransının daimi iştirakçısı və qızıl sponsorudur. Şübhəsiz ki, ölkənin neft-qaz sənayesinin ən mühüm və bütün dünyanın aparıcı ekspertlərini bir araya toplayan forumuna dəstək vermək bizim maraq dairəmizə daxildir.
Biz konfransı “BP” şirkətinin fəaliyyəti barədə ictimaiyyətə məlumat vermək, həmkar və mütəxəssislər ilə görüşlər keçirmək və onlarla sənayenin aktual problemlərini müzakirə etmək üçün fürsət hesab edirik. Məruzəçilərimizin konfrans çıxışlarında bizim Azərbaycandakı 25 illik fəaliyyətimiz yüksək tribunadan qiymətləndirilib, uğurlu hasilat və kəşfiyyat işləri, yeni texnologiyalar, Azərbaycanda “BP” şirkəti tərəfindən reallaşdırılan sosial dəstək proqramları və digər məsələlər barədə məlumat verilib.