Müxtəlif ölkələrin neft-qaz siyasətləri üzrə nəticələr

Müxtəlif ölkələrin neft-qaz siyasətləri üzrə nəticələr

3 i̇yun 2015 0000

David Tsitsişvili, “Georgian Oil and Gas Corporation” şirkətinin kommersiya departamentinin direktoru

– Ənənəvi “Caspian Oil and Gas” konfransı artıq uzun illərdir ki, keçirilir və hər il bu tədbirə ilk növbədə peşəkarlar tərəfindən yüksək maraq müşahidə olunur ki bu da konfransın nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Hər tədbir belə böyük miqyası ilə fəxr edə bilməz.

Bu il konfransı öz işinə başlayan kimi tədbirin nə dərəcədə yüksək statusa malik olması məlum oldu. Konfransda aparılan danışıqlar beynəlxalq miqyaslıdır və ilk məruzəçiləri (nazirlər, nazir müavinləri) dinləyən bütün iştirakçılar bunu yaxşı başa düşdülər.

Biz Gürcüstan tərəfinin təmsil edirik və bu konfransın daimi iştirakçısıyıq. Beləliklə, biz hər il bazarda baş verən hadisələr barədə, necə deyərlər, birinci əldən yeni məlumatlar əldə edirik. Bu konfransda əldə edilmiş məlumatlara əsasən, ölkələrin neft-qaz siyasətlərinin istiqamətləri, eləcə də bütövlükdə sənaye barədə nəticə çıxartmaq mümkündür.

Bizim enerji resurslarının təchizatı və enerji təhlükəsizliyinin diversifikasiyası ilə əlaqədar məsələlərin müzakirələrində iştirakımız Gürcüstanın bu marşrutlarda iştirakı ilə bağlıdır. Bundan başqa, ölkə enerji resurslarının dünya bazarlarına daşınması üzrə təcrübəyə malikdir. Müasir siyasi reallıqlar nəzərə alaraq belə hesab edirəm ki, bu, kifayət qədər mühüm siyasi bir məsələdir.

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN