Neft-qaz sənayesində müşahidə olunan aktual təmayüllər

Neft-qaz sənayesində müşahidə olunan aktual təmayüllər

2 i̇yun 2017 0000

Muharrem İnce, “Schlumberger” şirkətində yeni istehsal müəssisələri üzrə menecer

– “Schlumberger” şirkəti onilliklər ərzində Azərbaycanda “SOCAR”, “BP” və digər operatorlarla layihələrin həyata keçirilməsinə cəlb olunub. Mən burada  təqdim etdiyimiz şirkətin regionda biznesinin inkişaf etdirilməsinə görə cavabdehəm və əlbəttə ki, neft-qaz sənayesində baş verən proseslərə maraq göstərirəm. Bununla əlaqədar olaraq hər il bu konfransı ziyarət etməyə çalışıram. Bu tədbir mütəxəssislərə neft-qaz sənayesindəki aktual təmayülləri izləmək imkanı verir.

Həmişə olduğu kimi bu il də konfrans Xəzər regionunda, xüsusən də Azərbaycanda baş verən prosesləri anlamaq baxımından həm mənim üçün, həm də tədbirin digər iştirakçıları üçün faydalı oldu. Xüsusilə, neft hasilatı ilə məşğul olan operatorların işindəki yeniliklər xüsusunda, eləcə də cari və gələcək layihələr barədə məlumat əldə etmək, ölkənin bu sənaye sahəsində baş verən hadisələr barədə “SOCAR” şirkətinin mövqeyini öyrənmək maraqlı oldu.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN