Neftçilər Gününüz mübarək!

Neftçilər Gününüz mübarək!

19 sentyabr 2015 0000

Aynurə Nəzərli, konfrans meneceri
Tofiq Kərimov, sərgi meneceri


Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının təşkilatçıları - “Iteca Caspian” və “ITE Group Plc.” şirkətləri adından bütün Azərbaycan neftçilərini onların peşə bayramı -Neftçilər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!

 

Sizin Azərbaycan qarşısındakı xidmətləriniz danılmazdır. Karbohidrogenlərin hasilatından tutmuş onların istehlakçılara çatdırılmasına qədər bütün prosesləri təşkil etmək böyük zəhmət tələb edir. Yataqların əksəriyyəti isə iş şəraitinin çox ağır  olduğu ərazilərdə yerləşir və məhz belə yerlərdə sıfırdan neft buruqları inşa edilir və qaz quyuları qazılaraq istismara verilir. Azərbaycan neft və qaz kəmərlərindən ibarət şəbəkə ilə əhatə olunub və bu kəmərlərə müvafiq təhsil almış ixtisaslı işçilər xidmət göstərirlər. Belə bir gündə biz ölkədə neft-qaz sənayesinin inkişafı üçün etibarlı zəmin hazırlamış neft-qaz sənayesinin veteranlarına da öz xüsusi minnətdarlığımızı bildiririk!


Əziz neftçilər, bayramınız mübarək!
Biz əminik ki, sizin məsuliyyətiniz, səriştəniz və zəngin peşə təcrübəniz Azərbaycan neft-qaz sənayesinin dünya bazarındakı mövqeyini bundan sonra da möhkəmləndirəcək! Sizə Azərbaycanın rifahı və çiçəklənməsi naminə qarşıya qoyduğunuz bütün məqsədlərə çatmağı, yeni və maraqlı nailiyyətlər əldə etməyi səmimi qəlbdən arzulayırıq!


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN