Ralf Vinkler, “Siemens AG Azerbaijan” şirkətinin maliyyə direktoru
- Mən Azərbaycanda keçirilən “Caspian Oil & Gas” konfransında ilk dəfə iştirak edirəm. Tədbir çox maraqlıdır, sənayenin əsas iştirakçılarını burada görmək və onlarla neft-qaz sənayesi biznesi barədə öz fikirlərimizi bölüşmək çox xoşdur. “Siemens” şirkəti Azərbaycanda “BP” şirkəti ilə imzalanmış müqavilə əsasında qaz turbinlərinin istismarı və təmiri üzrə layihələr həyata keçirir.
Mən konfransa müzakirə edilən bütün mövzuları son dərəcə maraqlı və aktual hesab edirəm. Əlbəttə, konfransın tribunasından “Siemens” şirkətinin nümayəndəsi də çıxış edərək şirkətimiz tərəfindən təmin edilən aero-derivativ qaz turbinlərinin rəqəmsal servisi barədə nümayəndə heyətlərinə məlumat verib.