Sergey Yeremenko, Marketinq departamentinin rəhbər müavini, “Birləşmiş Mühərrikqayırma Korporasiyası” (Rusiya)
- Konfrans bizim üçün vacib bir tədbirdir, çünki bizim korporasiya energetika və neft-qaz sektoru üçün nəzərdə tutulmuş avadanlıqların (qismən) istehsalı ilə məşğuldur. Bu tədbirdə iştirak Azərbaycan bazarının dinamikasını təhlil etmək, habelə gələn il sərgi və konfransda iştirakın zəruriliyini qiymətləndirmək istəyi ilə bağlıdır. Tədbir çox yaxşı təşkil edilib. Nümayəndə və çıxış edənlərin heyəti əhəmiyyətlidir. Mən yerli şirkətlərlə yanaşı, çoxsaylı beynəlxalq miqyaslı korporasiyaların iştirakını bəyəndim. “SOCAR” şirkətinin nümayəndələrinin gələcəyə dair plan və layihələri barədə çıxışlarını xüsusilə qeyd etmək istəyirəm. Birmənalı olaraq hesab edirəm ki, sərgi və konfrans iki əhəmiyyətli və bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli olan tədbirdir. Bu tədbirlərin qeyri-rəsmi şəraitdə keçirilən “B2B” formatlı görüşlərlə müşayiət edilməsi xüsusilə məqsədəuyğundur.