“SOCAR” şirkəti ilə güclü müzakirələr aparırıq

“SOCAR” şirkəti ilə güclü müzakirələr aparırıq

31 may 2019 0000

Konstantin Adrian, “Romgaz” şirkətinin Baş icraçı direktoru, İdarə heyətinin üzvü

- Mən hesab edirəm ki, iştirak etdiyim digər konfranslarla müqayisədə, bu konfrans çox yaxşıdır, çünki çox açıqdır- danışan insanlar mövzularda çox səmimidir. Həmçinin konfransın formatı da çox maraqlıdır, belə ki, danışmaq, müzakirə etmək üçün bu interaktiv model hər kəs üçün çox maraqlıdır.

Qaz çıxartma texnologiyası, konstruksiya boruları, qaz anbarları, neft kəşfiyyatı və istismarı kimi konfransın bir çox mövzusu məni çox maraqlandırır.

Biz bu ilin yanvar ayından etibarən “SOCAR” şirkəti ilə burada Azərbaycanda kəşfiyyat proqramlarından başlamaqla, bizim kəşfiyyat və istismar fəaliyyətlərini həyata keçirdiyimiz Qara dənizdə birgə çalışmaq ehtimalına kimi müxtəlif proqramlarda iştirak barədə güclü müzakirələr aparırıq. Biz qazın saxlanması və bununla əlaqədar təcrübələrin mübadiləsində, habelə “TANAP” və “TAP” kəmərlərindən müəyyən miqdarda qazın götürülməsində maraqlıyıq.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN