SOCAR tədarük zəncirinin genişləndirilməsi sahəsində Türkiyənin enerji şirkətləri ilə fəal əməkdaşlıq edir - Rövnəq Abdullayev

SOCAR tədarük zəncirinin genişləndirilməsi sahəsində Türkiyənin enerji şirkətləri ilə fəal əməkdaşlıq edir - Rövnəq Abdullayev

22 dekabr 2021 0000

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tədarük zəncirinin genişləndirilməsi sahəsində Türkiyənin enerji şirkətləri ilə fəal əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

"SOCAR regionumuzda neft-qaz sahəsində iri və dayanıqlı şirkətlərdən biridir. Həm Türkiyədə, həm Azərbaycanda şirkətimizin bir sıra yeni layihəsi işə salınıb. Biz həm də birgə layihələrin inkişafı, eləcə də tədarük zəncirinin genişləndirilməsi sahəsində Türkiyənin enerji şirkətləri ilə fəal əməkdaşlıq edirik. Türkiyə bir çox ölkələrə, o cümlədən ABŞ bazarına çıxışı olan ölkədir və bu əməkdaşlıq Azərbaycan üçün səmərəlidir. Azərbaycanın okeanlara birbaşa çıxışı olmasa da, bizim üçün zəruri olan bazarlara neft-qaz məhsulumuzu nəql edə bilən boru kəmərlərinə çıxışımız var", - deyə o bildirib.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN