Svetlana Yankina, “САП СНГ” (MDB) şirkətinin əsas sifarişçiləri ilə iş üzrə direktoru
– Zənnimcə, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsidir, belə ki, məhz bu sahə əsas maliyyə gəlirlərini təmin edir. Bununla əlaqədar olaraq, ənənəvi “Caspian Oil and Gas” konfransı neft-qaz sənayesindəki cari layihələrin müzakirə edilməsi, eləcə də bir sıra vacib məsələlər çərçivəsində qarşılıqlı fəaliyyət baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu tədbir irimiqyaslı layihələri həyata keçirən, habelə Azərbaycan və Xəzər akvatoriyasındakı yataqlarda neft-qaz hasilatı çərçivəsində əlaqə quran ölkə başçılarının görüşlərinin təşkili baxımından daha böyük əhəmiyyətə malikdir.
Şübhəsiz ki, bu il konfransın əsas müzakirə mövzusu “TANAP” kimi mühüm layihə üzrə razılaşmanın imzalanması və sözügedən layihə üzrə konkret işlərə başlanmasından ibarətdir. Digər bir mühüm mövzu isə Azərbaycanda yeni yatağın kəşfidir. Bu və ya digər məsələlərlə əlaqədar faydalı müzakirələrin aparılacağı gözlənilir. Konfransda neft-qaz hasilatı ilə yanaşı, kəşfiyyat, hasilat və idarəetmə proseslərində yüksək texnologiyaların tətbiqi üzrə imkanların müzakirə edilməsi sevindirici haldır.
Mən sərginin bütün iştirakçılarına daha çox müsbət ideyalar və inkişaf arzulayıram. Biznesin idarə edilməsi və inkişafı üzrə innovativ texnologiyalar təklif edən şirkətin nümayəndəsi kimi isə hesab edirəm ki, innovasiyalara doğru irəliləmək lazımdır.