TAP kompressor stansiyalarının tikintisini həyata keçirəcək şirkətlərin adlarını açıqlayıb

TAP kompressor stansiyalarının tikintisini həyata keçirəcək şirkətlərin adlarını açıqlayıb

7 may 2016 0000

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu layihənin kompressor stansiyaları üçün layihələndirmə, satınalma və tikinti işlərini həyata keçirəcək şirkətlərin adlarını açıqlayıb.

TAP-dan “APA-Economics”ə verilən xəbərə görə, bu şirkətlər İtaliya və Yunanıstana məxsus “Renco S.p.A” və “Terna S.A.” şirkətləridir.

Şirkətlərdən biri Yunanıstan-Türkiyə sərhədi yaxınlığında yerləşən Kipoidəki kompressor stansiyasının layihələndirmə, satınalma, tikinti və istismarını təmin edəcək. Digər şirkət isə Albaniyada Fierdə kompressor stansiyasının, Billiştdə isə ölçü stansiyasının  layihələndirmə, satınalma, tikinti və istismarını həyata keçirəcək. Ölçü stansiyası TAP-ın Yunanıstan hissəsindən gələn təbii qazın həcmini ölçmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, kompressor stansiyalarının tikintisinə cari ilin ikinci yarısında başlamaq planlaşdırılır. Tikinti 2 il ərzində yekunlaşacaq. Kompressor stansiyaları sağlamlıq və təhlükəsizliklə bağlı yüksək beynəlxalq sənaye standartlarına müvafiq olaraq insanların az məskunlaşdığı ərazilərdə tikiləcək. Məqsəd isə ətraf mühitə və yerli cəmiyyətlərə ziyanı minimuma endirməkdir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN