TAP Yunanıstan və Albaniyada tikinti işlərini həyata keçirəcək şirkətlərin adını açıqlayıb

TAP Yunanıstan və Albaniyada tikinti işlərini həyata keçirəcək şirkətlərin adını açıqlayıb

7 mart 2016 0000

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu Yunanıstan və Albaniyada 760 km-lik sahil boru kəmərinin layihələndirmə, satınalma və tikintisini həyata keçirəcək şirkətlərin adlarını açıqlayıb.

Konsorsiumdan “APA-Economics”ə verilən xəbərə görə, TAP-ın keçirdiyi müvafiq tenderin qalibləri 3 yunan, iki alban şirkəti olub.

Yunanıstanın şimalında kəmərin 360 kilometrlik hissəsinin layihələndirmə, satınalma və tikintisini "Bonatty S.p.A." və “J&P Avax S.A” həyata keçirəcək.

“Spiecapag” şirkəti isə kəmərin Yunanıstanda Kipoi və Kavala məntəqələri arasında 185 km uzunluğa malik olan hissəsində, o cümlədən Albaniyada Bilişt və Topoje məntəqələri arasında olan (215 km) hissəsində layihələndirmə, satınalma və tikintisi işlərini həyata keçirəcək.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN