Lin Ostin, “McDermott” şirkətinin Yaxın Şərq və Xəzər region üzrə Vitse-prezidenti və Baş meneceri
- Konfrans bizim şirkətlə yanaşı, Azərbaycanı neft-qaz resurslarının davamlı olaraq mənimsənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Tədbir dünya səviyyəsində təşkil edilib və biz burada iştirak etməkdən məmnunuq. “McDermott” şirkəti “Əsrin müqaviləsi”nin iştirakçısıdır və qeyd etmək lazımdır ki, şirkət ölkənin neft hasilatı və iqtisadi tərəqqisində yaxından iştirak edir.
Texnologiyalardan bəhs edən mövzular xüsusən maraqlıdır. Bizim şirkət bütün dünyada və əlbəttə ki, Azərbaycandakı fəaliyyətində istər dayaz, istərsə də dərin sularda həyata keçirilən işlərdə texnologiyaları geniş tətbiq edir. Konfrans çərçivəsindəki çıxışda məhz “EPCI” (layihələndirmə, təchizat, tikinti və quraşdırma) üzrə texnologiyaların dəniz zonasında işlənməsi və tətbiqi məsələlərinə toxunulub.
Mən sərgiyə verdiyimiz dəstəyi də xüsusilə qeyd etmək istəyirəm. Biz sərginin gümüş sponsoru olduğumuza görə qürur duyuruq, çünki biz Azərbaycanın və yerli bazarda aktiv fəaliyyət göstərməyin tərəfdarıyıq.