Xəzər enerji resurslarının Avropaya təchizatının əhəmiyyəti

Xəzər enerji resurslarının Avropaya təchizatının əhəmiyyəti

3 i̇yun 2015 0000

Tolqa Çeltekligil, “Metso” (Türkiyə) şirkətinin ölkə üzrə direktoru

– Ənənəvi “Xəzər Neft və Qaz” konfransı müxtəlif ölkələri təmsil edən çoxsaylı  nümayəndəni bir arada topladığı üçün regionun ən mühüm tədbirlərindən hesab olunur. Bu il  “Caspian Oil and Gas” sərgi və konfransı xeyli sayda iştirakçını birləşdirir və bu da özü-özlüyündə müsbət amildir. Qeyd etmək istərdim ki, bu il konfransda AB ölkələrindən, o cümlədən Şərqi Avropa, xüsusilə də Slovakiya və Bolqarıstandan kifayət qədər çox iştirakçı var. Güman edirəm ki, belə mötəbər auditoriyanı Avropanın Xəzəryanı regiondakı enerji resursları ilə təchizatı məsələsi cəlb etmişdir.

Konfransda müzakirə edilən əsas məsələlərdən biri və zənnimcə, daha önəmlisi neft-qaz sektoru üzrə siyasi strategiyadır. Konfransda çıxış edənlərin də qeyd etdiyi kimi, bu gün enerji təchizatı və resursların təchizatı zamanı tələblərə cavab vermək daha mühüm məsələlərdir.

Konfrans çərçivəsində əsas məsələlərdən biri də Avropanın enerji resursları ilə təchizatı üzrə müxtəlif marşrutlar təklif edən ölkələrin bir arada toplanmasıdır. Türkiyənin “TANAP” marşrutu və digər təchizat kanalları faktiki olaraq AB ölkələrinin enerji təchizatının diversifikasiyası üzrə rəqabətli layihələrdir.

 

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN