Roslan Əbdül Rəhman, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
– Mən konfrans və sərgini Azərbaycanda keçirilən neft-qaz sahəsinə həsr olunmuş ən mühüm tədbir hesab edirəm. Bu tədbirlər regionda, xüsusən də Azərbaycanda baş verən proseslər, cari və gələn ildə inkişaf yolları barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün əla imkan yaradır.
Burada Malayziyanın “Petronas Upstream” şirkətinin Vitse-prezidenti Baço Pilonq da iştirak edir. O, öz çıxışında maye təbii qazın (LNG) daşınması məsələsinə toxunacaq. Həmçinin “Şahdəniz” yatağının işlənməsi və Azərbaycanın neft-qaz sahəsindəki digər layihələr bizim maraq dairəmizə daxildir. Konfrans region ilə yanaşı, bütün dünya ictimaiyyətinin marağına səbəb olub. Mən burada “Total”, “BP” və dünyanın digər nəhəng şirkətlərinin nümayəndələrini görürəm. Malayziyanın Azərbaycandakı səfiri kimi, mən konfransın qonaqları arasında “Petronas” şirkətinin nümayəndələrini də görməkdən çox məmnunam.