Avropaya yaşıl enerjinin tədarükü məsələləri
2 i̇yun 2026
0000
İnqa Pxaladze, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini
Qlobal enerji böhranları dövründə ölkələrin öz sabitliyini necə qoruması və hansı qərarlar qəbul etməsi xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan üçün əsas prioritet enerji təhlükəsizliyinin təmin olunmasıdır və bu baxımdan Azərbaycan və SOCAR bizim strateji tərəfdaşlarımızdır.
Baku Energy Week-də iştirakın faydası danılmazdır. Bakı Enerji Forumu Azərbaycan və Gürcüstanın, mühüm tranzit qovşaqları kimi, fəaliyyətlərini əlaqələndirdiyi və enerji müstəqilliyini möhkəmləndirdiyi strateji platformadır.
Tədbir yüksək peşəkarlıqla təşkil olunub və prioritet istiqamətlər üzrə səmərəli müzakirələrin aparılmasına imkan yaradır. Azərbaycanla bizi neft və qaz tranziti sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri birləşdirir. Hazırda isə həm Qara dəniz üzərindən, həm də “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” quru marşrutu vasitəsilə yaşıl enerji dəhlizlərinin yaradılması məsələlərini müzakirə edirik.
Baku Energy Week çərçivəsində Avropaya yaşıl enerjinin çatdırılması üçün mühüm marşrutların necə formalaşdırıla biləcəyini nəzərdən keçirəcəyik. Xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də odur ki, cari ildə Xəzər regionundan Avropaya Qara dəniz vasitəsilə 4 QVt həcmində yaşıl enerjinin ötürülməsini nəzərdə tutan layihə üzrə dəniz marşrutunun geotexniki tədqiqatlarına başlanıla bilər.
Bununla yanaşı, neft və qaz tranziti ilə bağlı bir sıra sazişlərin müddətinin uzadılması məsələləri də gündəmdədir. Məhz buna görə forum çərçivəsində aparılan danışıqlar region üçün mühüm strateji əhəmiyyət daşıyır.