Belə forumlar daha tez-tez keçirilməlidir!
2 i̇yun 2026
0000
Şərif Səfərəli Məhmədzoda, Tacikistan Respublikasının Energetika və Su Ehtiyatları nazirinin müavini
Mən ilk dəfədir ki, Bakı Enerji Forumunda iştirak edirəm və hesab edirəm ki, tədbir ən yüksək səviyyədə təşkil olunub. Bu forum beynəlxalq əməkdaşlığın inkişafı, enerji resurslarının şaxələndirilməsi ilə bağlı məsələlərin müzakirəsi və yeni tərəfdaşlıqların qurulması üçün çox əlverişli platformadır. Forumun gündəliyində yer alan bütün mövzular son dərəcə aktual idi.
Məruzəçilər enerji təhlükəsizliyinin təmin olunması, yaşıl enerji dəhlizlərinin yaradılması, həmçinin fosil yanacaqlardan ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçid prosesinin təşkili kimi mühüm məsələlərə toxundular. Bununla əlaqədar olaraq, səsləndirilən mövzular və mövcud çağırışlar ətrafında məhsuldar və faydalı müzakirələr aparıldı.
Mənim fikrimcə, bu cür forumlar daha tez-tez təşkil edilməlidir. Çünki onlar müxtəlif ölkələrin nümayəndələri üçün birbaşa ünsiyyət imkanı yaradır, qarşılıqlı təcrübə mübadiləsini təşviq edir və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.