Azərbaycan Bolqarıstan və Aİ ölkələri üçün etibarlı tərəfdaşdır
2 i̇yun 2026
0000
Kiril Temelkov, Bolqarıstan Respublikasının energetika nazirinin müavini
Baku Energy Week Azərbaycanın paytaxtında Avropa, Asiya və Afrikadan olan ekspertləri bir araya gətirib. Hamımız Bakıda eyni masa arxasında toplaşaraq mürəkkəb dövrdə bir-birimizi necə dəstəkləyə biləcəyimizi müzakirə edirik. Hesab edirəm ki, Bakı Enerji Forumu vaxtında təşkil olunub və böyük potensiala malikdir. Burada çox maraqlı müzakirələr və ekspertlərlə açıq dialoqlar aparılır.
Bu forum onun bütün iştirakçıları üçün prinsipial əhəmiyyət daşıyır. Vacib məqamlardan biri odur ki, burada yalnız qaz tədarükü deyil, həm də yaşıl enerjinin tədarük perspektivləri müzakirə olunur. Eyni zamanda, Bolqarıstan Xəzər regionundan Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan dörd perspektivli marşrutdan ikisində iştirak edir.
Bolqarıstan Azərbaycan qazının alınmasına dair uzunmüddətli müqaviləyə malikdir və bu qaz ölkəmizin tələbatının 50 faizini təmin edir. Azərbaycan Bolqarıstan və Avropa İttifaqı ölkələri üçün sabit və etibarlı tərəfdaşdır. Biz Bakıda olmaqdan və əməkdaşlıq məsələləri üzrə aktual müzakirələr aparmaqdan məmnunuq.