Belə forumlar əməkdaşlıq ruhunun genişlənməsi baxımından mühüm vasitədir

Belə forumlar əməkdaşlıq ruhunun genişlənməsi baxımından mühüm vasitədir

3 i̇yun 2025 0000
Ali Pervaiz Malik, Pakistan İslam Respublikasının Federal Energetika Naziri

İlk növbədə, belə uğurlu konfransa görə Azərbaycana dərin təşəkkürümü bildirirəm. Bu, artıq 30-cu yubileyidir — onlara ən xoş arzularımı çatdırıram və gələcəkdə daha çox belə tədbirlər diləyirəm. Hesab edirəm ki, enerji sektorundakı inkişaflar baxımından hər birimizin harada dayandığını anlamaq olduqca vacibdir. Təmiz və daha dayanıqlı yanacaqlara keçid etdiyimiz bu dövrdə, eyni zamanda bir-birimizi necə tamamlaya və dəstəkləyə biləcəyimizi də başa düşməliyik. Bu baxımdan belə forumların fikirlərimizi yeniləmək və aramızdakı əməkdaşlıq ruhunu genişləndirmək üçün əvəzsiz rolu var.

İştirakçı heyəti baxımından da düşünürəm ki, ilk paneldə kifayət qədər təmsilçi gördük: moderator ABŞ-dan idi, Avropa Komissiyası təmsil olunmuşdu; Afrika qitəsindən nümayəndələr vardı; qardaş ölkəmiz Türkiyənin Energetika nazirinin müavini də panelin üzvü idi. Bu ölkələr arasında qardaşlıq əlaqələri mövcuddur və düşünürəm ki, əməkdaşlıq da məhz bu ölkələrdən başlayaraq digər ölkələrə yayılacaq. Çünki iqlim məsələsi elə bir məsələdir ki, onu ayrı-ayrılıqda həll etmək mümkün deyil. Bu səbəbdən, mütləq şəkildə birgə strategiya hazırlanmalıdır.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN