Biznes və hökumətlərarası münasibətlər forumun dəhlizlərində də müzakirə olunur

Biznes və hökumətlərarası münasibətlər forumun dəhlizlərində də müzakirə olunur

3 i̇yun 2025 0000
Tomas Pojar, Çex Respublikası Milli Təhlükəsizlik üzrə Müşaviri

İlk növbədə, əgər siz hər hansı bir tədbiri 30 il ərzində keçirirsinizsə, bu, şübhəsiz ki, böyük təsirə malikdir. Çünki bu, yalnız bu gün burada toplaşan insanlarla bağlı deyil, həm də son 30 il ərzində bu forumda iştirak etmiş insanlarla bağlıdır. Bu, çıxışlar və müzakirələr — açıq debatlar üçün əla platformadır, lakin daha vacibi odur ki, bu tədbir insanları bir araya gətirir və forumun dəhlizlərində biznes və hökumətlərarası əlaqələr barədə danışmaq mümkündür. Mən burada bir neçə nəfərlə qarşılaşdım ki, uzun müddətdir görməmişdim, lakin bir-birimizi tanıyırdıq. Eyni zamanda əvvəllər tanımadığım yeni insanlarla da tanış oldum və indi birbaşa əlaqələrim var, məsələləri üz-üzə müzakirə edə bildik. Məncə, belə tədbirlərin ən önəmli tərəfi də məhz budur. Yəni bu, həm 30 illik bir tarix, həm də insanlarla, o cümlədən yeni insanlarla birbaşa təmas qurmaq imkanıdır. Mən Bakıya bir neçə dəfə gəlmişəm, lakin bu konfransda ilk dəfədir iştirak edirəm. Bu konfransa növbəti 30 ildə daha da böyük uğurlar arzulayıram — indiyədək əldə edilən nailiyyətlərdən də daha irəlidə olsun. Arzu edirəm ki, Enerji Həftəsi bütövlükdə regionun sabitliyinə öz töhfəsini versin.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN