Konfransda böyük enerji hiss olunur
3 i̇yun 2025
0000
Qəri Counz, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Az əvvəl həmkarlarıma dediyim kimi, ətrafda böyük bir enerji var. Düşünürəm ki, hazırda Xəzər bölgəsində bizi gözləyən möhtəşəm gələcəyi insanların daha yaxşı anlamağa başladığı bir dönüş nöqtəsindəyik və belə tədbirlər məhz bu mərhələdə olduqca vacibdir. Panel müzakirələrindən də gördüyünüz kimi, burada operatorlar, təchizatçılar və xidmət şirkətləri bir araya gələrək qarşıdakı dövrdə bu imkanları necə reallaşdıra biləcəyimizi müzakirə edirlər. Bu prosesdən böyük zövq alıram.