ABŞ Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək

ABŞ Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək

2 fevral 2022 0000

ABŞ fevralın 4-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək.

Bu barədə Trend-ə ABŞ səfirliyindən bildiriblər.

"ABŞ bu iclasda səfirliyin nümayəndə heyəti ilə təmsil olunacaq. Heyətin tərkibində səfir Erl Litsenberger və iqtisadiyyat və enerji üzrə qrupların üzvləri yer alacaq", - deyə səfirlikdən bildiriblər.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN