- Mən hesab edirəm ki, iştirak etdiyim digər konfranslarla müqayisədə, bu konfrans çox yaxşıdır, çünki çox açıqdır- danışan insanlar mövzularda çox səmimidir. Həmçinin konfransın formatı da çox maraqlıdır, belə ki, danışmaq, müzakirə etmək üçün bu interaktiv model hər kəs üçün çox maraqlıdır.
Qaz çıxartma texnologiyası, konstruksiya boruları, qaz anbarları, neft kəşfiyyatı və istismarı kimi konfransın bir çox mövzusu məni çox maraqlandırır.
Biz bu ilin yanvar ayından etibarən “SOCAR” şirkəti ilə burada Azərbaycanda kəşfiyyat proqramlarından başlamaqla, bizim kəşfiyyat və istismar fəaliyyətlərini həyata keçirdiyimiz Qara dənizdə birgə çalışmaq ehtimalına kimi müxtəlif proqramlarda iştirak barədə güclü müzakirələr aparırıq. Biz qazın saxlanması və bununla əlaqədar təcrübələrin mübadiləsində, habelə “TANAP” və “TAP” kəmərlərindən müəyyən miqdarda qazın götürülməsində maraqlıyıq.