Avropa Azərbaycan ilə ortaq məxrəcə gəlmək istəyir

Avropa Azərbaycan ilə ortaq məxrəcə gəlmək istəyir

31 may 2018 0000

Metyu Brayza, “Lamor Corporation” şirkətinin icraçı direktoru

– Mən “Xəzər Neft və Qaz” konfranslarında təxminən 20 iştirak etmişəm. Ancaq son dörd ildə Vaşinqtonda, Ağ Evdə çalışdığım üçün xaricə getməyə imkanım olmayıb. İndi Bakıda müasir meqapolis ab-havası var. Əgər belə demək mümkünsə, mən hiss edirəm ki, Azərbaycanı Avropaya gəlib.

Ümumiyyətlə, Azərbaycan indi strateji rol oynayır və avropalılar bunu yaxşı başa düşürlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) Türkiyədə ən böyük investordur və bu, çox vacib məqamdır. Buna görə də Avropada indi Azərbaycana strateji baxış dəyişib. Avropa Parlamenti Azərbaycanla ortaq məxrəcə gəlməyə çalışır, tənqidlər azalıb. Bütün bunlar konfransda öz əksini tapıb. Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr fonunda Azərbaycanın öz töhfəsini verə biləcəyi texnologiyaların hazırlanması barədə  danışıq və müzakirələr aparılır. Sizin ölkəniz müstəqil tədqiqat və təkmilləşdirmə mərkəzi çevrilərək perspektivli sənayelərin inkişafı işində investor ola bilər. Mənim çıxışım məhz bu mövzuya, yəni texnologiyanın inkişafı və ətraf mühit məsələlərinə həsr olunub.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN