Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek
Sənaye və ticarət nazirimiz Yozef Sikela ilk dəfə Bakı Enerji Forumunda iştirak edir. Tədbirə maraq onunla bağlıdır ki, hazırda dünyada Rusiya Federasiyası və Ukraynaya görə enerji çatışmazlığı ilə bağlı vəziyyət yaranıb və Aİ ölkələri yeni enerji mənbələri haqqında düşünməlidir.
Biz Azərbaycanla çoxdan əməkdaşlıq edirik, ondan sənayemiz üçün çox yaxşı olan Azeri Light markalı nefti alırıq. İndi bizim Azərbaycan qazına da marağımız var. Biz artıq SOCAR ilə iki-üç raund danışıqlar aparmışıq və iyunun 2-də SOCAR prezidenti Rövşən Nəcəflə görüşümüz nəzərdə tutulub.
Azərbaycandan Çexiyaya qazın nəqli texniki baxımdan hələ də çətindir, lakin bir neçə çatdırılma variantı öyrənilir.
Çexiya Azərbaycandan hər il milyard kubmetr qaz almaqda maraqlıdır (Çexiyanın tələbatının 10 faizi) və biz inanırıq ki, SOCAR ilə aparılan danışıqlar nəticə verəcək.
İndi Çexiyaya əsas qaz tədarükçüləri arasında ABŞ-dan mayeləşdirilmiş təbii qaz, eləcə də Norveç qazı var.