Virgil-Dəniel Popesku, Rumıniyanın Energetika naziri
Koronavirus pandemiyasi ilə əlaqədar olaraq görüşə bilmədik, lakin bu il Bakıda neft-qaz sərgisi və forumunu ziyarət etmək imkanımız olduğu üçün çox şadıq.
Sərgidə ayrıca stend təqdim etdik, Azərbaycanın paytaxtında - SOCAR və digər şirkətlərlə çoxlu görüşlərimiz oldu və düşünürük ki, danışıqlar müsbət nəticə verəcək.
Azərbaycan, Türkiyə, Bolqarıstan, Serbiya, ABŞ və Avropa İttifaqından olan həmkarlarımızla səmərəli müzakirələr aparmaq imkanımız oldu.
Biz enerji qiymətlərini və Avropanın enerji təhlükəsizliyini müzakirə etdik.
Bu, bizim Bakıya gəlişimizi müsbət qiymətləndirməyə imkan verir.
Bakı Enerji Həftəsi və sərgi ilə bağlı çox yaxşı təəssüratlarımız var.
Rumıniya özü neft və qaz hasilatı ilə məşğul olur, bu da tələbatın 70%-ni əhatə edir, lakin “mavi yanacaq” mənbələrinin şaxələndirilməsi çərçivəsində, xüsusən də IAP (İon-Adriatik Boru Kəməri) layihəsi çərçivəsində Azərbaycandan qaz ixracı da gözlənilir.