Azərbaycanla uğurlu əməkdaşlığa ümid edirəm!
2 i̇yun 2026
0000
Qari Qidri, Gran Tierra Energy şirkətinin prezidenti və baş icraçı direktoru
Mən Kanadada yerləşən Amerika şirkətini təmsil edirəm. Biz Baku Energy Week-də iştirakdan məmnunuq, tədbir çox yüksək səviyyədə təşkil olunub.
Baku Energy Forumunda neft-qaz sənayesi üçün mühüm məsələlər müzakirə olunur. Biz dünya neft-qaz şirkətlərinin liderlərinin çıxışlarını dinləmək üçün gözəl imkan əldə etdik — bu, çox faydalı oldu. Forumda qaldırılan məsələlər bu gün neft-qaz və enerji sənayesinin üzləşdiyi bütün aktual problemləri ortaya qoyur.
Forum həmçinin Azərbaycanın dünyada mühüm və etibarlı tərəfdaş kimi artan roluna görə də əhəmiyyətlidir. Azərbaycan və onun neft-qaz sektoru aktiv şəkildə inkişaf edir. Bizim Azərbaycandakı fəaliyyətimiz bu inkişafa töhfə vermək imkanlarından biridir. Biz Azərbaycanın qurudakı “Quba–Xəzər” layihəsinin iştirakçısıyıq və bu il onun icrasına başlayacağıq.
Çox güman ki, gələn il müqavilə sahəsində kəşfiyyat qazmalarına başlayacağıq. Ümid edirəm ki, Azərbaycanla əməkdaşlığımız uğurlu olacaq.