Deloitte Fortune Global 500®️ üzrə şirkətlərin təxminən 90% hissəsinə və minlərlə özəl şirkətlərə audit və əminlik, vergi və hüquq, konsaltinq, maliyyə, risk üzrə qabaqcıl məsləhət xidmətləri göstərir. Peşəkar mütəxəssislərimiz kapital bazarlarına ictimai etimadı möhkəmləndirməyə, müştərilərə dəyişərək inkişaf etməyə imkan verən nəzərə çarpan və davamlı nəticələrə nail olur, habelə daha güclü iqtisadiyyata, daha ədalətli cəmiyyətə və daha dayanıqlı dünyaya yol açır. 175 ildən çox tarixi olan Deloitte 150-dən çox ölkədə və ərazidə öz xidmətlərini təqdim edir. Deloitte-da təxminən 457,000 peşəkar mütəxəssis çalışır.
2024 – cü il Bakı Enerji Forumunda şirkətin iki nümayəndəsi-Yohannes Trubi və Elif Dusmez Tek çıxış edəcəklər. Onların hər biri öz çıxışlarında müxtəlif mövzulara toxunacaqlar. Yohannes Trubi Bakı Enerji Forumunda çıxışı zamanı Xəzər regionu üçün aşağı karbonlu hidrogenin formalaşmaqda olan ticarəti ilə bağlı çağırış və imkanlardan danışacaq. "Xəzər bölgəsi Avropaya aşağı karbonlu hidrogen ixracatçısı olmaq üçün əla potensiala malikdir, lakin bölgə öz güclü tərəflərindən tam istifadə etməzdən əvvəl hələ bir sıra mühüm işlər görülməlidir."
Elif Dusmez Tek rəqəmsallaşmanın enerjiyə keçid üçün niyə "ilkin şərt" olduğunu açıqlamaq niyyətindədir. "Enerjiyə keçid iqlim dəyişikliyi hədəflərinə çatmaq üçün vacib bir komponentdir. Bərpa olunan enerji inteqrasiyası və artan elektrikləşmə elektrik şəbəkələrinin idarə edilməsində çətinliklər yaradır. Rəqəmsallaşma olmadan və xüsusən də süni intellekt olmadan gələcəyin enerji sistemini idarə etmək mümkün olmayacaq. Təqdimatım zamanı enerji şirkətlərinin "enerji gələcəyi" dünyasında texnoloji şirkətlərə çevrilməli olduğunu vurğulamaq istərdim.
Hər iki çıxışçı Bakı Enerji Forumunun rolu və onun neft-qaz sənayesinin inkişafına potensial təsiri barədə fikirlərini bildiriblər. Yohannes Trubi - " Bakı Enerji Forumu Xəzər regionundan və dünyanın hər yerindən enerji və iqlim sahəsində maraqlı tərəfləri birləşdirir. Beləliklə, bu, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və COP-29 ərəfəsində Xəzər regionunun xüsusiyyətləri barədə məlumatlılığın artırılması üçün ideal imkandır".
Elif Dusmez Tek - " Bakı Enerji Forumunda dünya miqyaslı ekspertlər enerji sənayesi məsələlərini müxtəlif nöqteyi-nəzərlərdən müzakirə edəcəklər. Müxtəlif perspektivlərin birləşməsi enerji sənayesində həm qlobal, həm də yerli problemlərə davamlı həll yolları tapmaq üçün ilham mənbəyi olacaqdır."