Bakı Enerji Forumu öz işinə başlayıb

Bakı Enerji Forumu öz işinə başlayıb

1 i̇yun 2023 0000
İyunun 1-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu öz işinə başlayıb. Ənənəvi olaraq 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda keçid dövründə energetikaya dair yeni çağırışlar, o cümlədən Avropanın qlobal enerji təhlükəsizliyi və bu perspektivdə Azərbaycanın enerji sektorunun rolu müzakirə olunur.

Bakı Enerji Forumunun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün mühüm olan enerji məsələləri daxildir.

Birinci sessiyanın əvvəlində Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov giriş nitqi ilə çıxış edib. O qeyd edib ki, Bakı Enerji Forumu özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləyib.

Birinci sessiyanın iştirakçıları yekdil rəyə gəldilər ki, Bakı Enerji Forumu enerji təhlükəsizliyinə nail olmaq yolunda birgə həllərin axtarışı üçün gözəl imkan yaradır. “Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynaya bilər və oynayacaqdır” fikri xarici nümayəndələrin əsas fikirləri arasında yer alır.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell, və Çexiyanın ticarət və sənaye naziri Yozef Sikela çıxış edənlər arasındadırlar.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN